DÜNYA


Tallinndə zorakılıq qurbanlarının ayrıca yaşamaq imkanı olacaq

Tallinn, 29 noyabr, AZƏRTAC

Yeni ildən başlayaraq, Tallinin mənzil bazarında yaradılacaq yeni xidmət vasitəsilə ailə zorakılığının qurbanları üçün evlər kirayəyə veriləcək.

AZƏRTAC xəbər verir ki, cari ilin birinci yarısında bu cür yardım üsulu əvvəllər sosial himayə altında olan evlərdə yaşayan və təkrar sosiallaşma planını yerinə yetirən insanlar üzərində yoxlanılıb.

Nəticədə məlum olub ki, bu tip insanlara müstəqil şəkildə yaşayış yeri axtarmaq və muzdlu işlə bağlı müqavilələr bağlamaq çətindir. Ailə zorakılığından canını qurtarmaq məqsədilə sığınacaqlara düşən əliuşaqlı analar da bu vəziyyətdədirlər.

Estoniyada 2017-ci ildə 2632 zorakılıq halı qeydə alınıb. Qadınlar və uşaqlar üçün nəzərdə tutulan şəhər sığınacağı ildə yalnız 70 nəfərə, o cümlədən 30 ana və 40 uşağa yardım göstərə bilir. Müraciət edənlər sığınacaqda orta hesabla 3-4 ay qalırlar. Bundan sonra onlara yaşayış yeri axtarmağa və bununla bağlı birinci ay üçün kirayəhaqqı hüdudunda ilkin xərclərə, ehtiyac yaranarsa, vasitəçi və depozit ödənişlərinə - ümumilikdə, təxminən 600 avroyadək yardım göstəriləcək.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.