SİYASƏT


Tallindəki Azərbaycan Evinin binası önündə Gəncə hadisələrini əks etdirən xatirə guşəsi yaradılıb

Tallin, 20 oktyabr, AZƏRTAC

Estoniyadakı Azərbaycan Evinin binası qarşısında Azərbaycanın Gəncə şəhərinin erməni silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində həlak olanların xatirəsinə improvizə edilmiş memorial guşə yaradılıb.

AZƏRTAC xəbər verir ki, Tallin şəhərinin sakinləri, o cümlədən Azərbaycan diasporunun üzvləri Azərbaycan Evinin qarşısına güllər düzür, erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə endirilən raket zərbələri nəticəsində dinc sakinlərin həlak olması ilə əlaqədar başsağlığı verirlər.

Xatırladaq ki, oktyabrın 17-də düşmənin silahlı qüvvələri tərəfindən Gəncənin mərkəzi hissəsindəki yaşayış məhəllələrinə endirilən raket zərbəsi nəticəsində azı 13 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.