ELM VƏ TƏHSİL


Tam orta təhsil bazasında Pedaqoji Kollecin boş qalan yerlərinə 4 ixtisas üzrə qəbul aparılıb

Bakı, 8 oktyabr, AZƏRTAC

2021-2022-ci tədris ili üçün tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbulda Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində ən yüksək keçid balı inklüziv təhsil ixtisası üzrə 112.9 bal olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının xüsusi buraxılışında məlumat verilib. Bildirilib ki, kollecdə ən aşağı keçid balı isə ailə və ev təhsili ixtisası üzrə (ödənişli əsaslarla, əyani) 94.2 bal olub.

Qeyd edək ki, 11 illik təhsil bazasında Pedaqoji Kollecin boş qalan plan yerlərinə ümumilikdə 4 ixtisas - inklüziv təhsil, ailə və ev təhsili (dövlət sifarişi və ödənişli əsaslarla), fiziki tərbiyə müəllimliyi və məktəbəqədər təhsil üzrə qəbul aparılıb.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.