ELM VƏ TƏHSİL
Tam orta təhsil səviyyəsində təmayül siniflərdə şagird sayı 15 nəfərdən az olmayacaq
Bakı, 24 iyun, AZƏRTAC
Tam orta təhsil səviyyəsində təmayül siniflər 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında qərarında əksini tapıb.
Qərarda qeyd olunur ki, eyni təmayül sinfində şagirdlərin sayı 20 nəfərdən çox olduqda paralel siniflər yaradılacaq. Tədris ili ərzində təmayül sinfində şagird sayının azalması bu sinfin həmin və ya növbəti tədris ilində fəaliyyətinin davam etdirilməsinə, həmçinin tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində iki qrupa bölünməsinə məhdudiyyət qoymur.