SİYASƏT


Tamam Cəfərova: Qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında ölkəmizdə uğurlu islahatlar aparılır

Bakı, 19 may, AZƏRTAC

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında uğurlu islahatlar aparılır. Ölkəmizdə təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir və son illər ölkəmizdə müasir standartlara tam cavab verən, bir-birindən gözəl, modern məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, pedaqoji işçilərin maddi-məişət şəraitləri yaxşılaşdırılır. Bu istiqamətdə Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı təhsil sahəsində həyata keçirdiyi uğurlu siyasətin növbəti təzahürüdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat qeyd edib ki, Azərbaycan ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə nəzərdə tutulmuş 5,0 (beş) milyon manat Təhsil Nazirliyinə ayrılıb.

Sevindirici haldır ki, yeni quraşdırılacaq modul tipli məktəblərdən biri də Şamaxı rayonun Çöl Göylər kəndində olacaq. Sərəncamdan irəli gələrək, burada 96 şagird yerlik modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub.

Təhsil infrastrukturunun yenilənməsinin dövlətin daim diqqət mərkəzində olduğunu diqqətə çatdıran T.Cəfərova bu istiqamətdə görülən məqsədyönlü işlərin ardıcıl xarakter daşıdığını bildirib: “Bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd etməliyik. Son 19 ildə dövlətimizin, həmçinin Heydər Əliyev Fondunun xətti ilə 3500-dən çox məktəb ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Azərbaycan Prezidentinin müvafiq sərəncamları və tapşırıqları əsasında təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub. Təhsilin maddi-texniki bazasının yaxşılaşıdırlması istiqamətində həyata keçirilən innovativ layihələr Azərbaycanın ən ucqar yerlərində belə məktəb infrastrukturunun yaxşılaşmasını birbaşa nümayiş etdirir. Bu proqram dövlət büdcəsinin xətti ilə icra edilir və bunun tamamlanması, Prezidentin müvafiq tapşırığına müvafiq olaraq, 2021-2022-ci ildə başa çatmalıdır. Bu, analoqu olmayan bir faktdır. Dünyanın heç bir yerində belə qısa vaxt ərzində bu qədər məktəb inşa edilməyib”.

Deputat vurğulayıb ki, işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən ardıcıl və dinamik quruculuq işləri ilə yanaşı dövlətimizin başçısının təhsilə sərmayə qoyuluşunu artırması, gələcəyin əsas uğurunun təhsillə bağlı olduğunu göstərir. Şamaxıda da daha bir modul tipli məktəbin tikintisinin nəzərdə tutulması sevindiricidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.