MƏDƏNİYYƏT


Tamara Sinyavskaya: Müslüm Maqomayev heyrətamiz şəxsiyyət idi VİDEO

Bakı, 17 avqust, AZƏRTAC

Müslüm Maqomayev heyrətamiz şəxsiyyət idi. Heç kim onun şəxsiyyətinin miqyasını bütövlükdə dərk edə bilmirdi. Mən yalnız bir şey deyə bilərəm – o, unikal insani keyfiyyətlərə malik idi. Onun barəsində sonsuzadək danışmaq olar. Müslümü dinləyən, onun konsertlərinə gələn insanlar onunla bağlı xatirələri bütün ömürləri boyu yaşadıblar. Bu xoş xatirələr bir çox insanları gənclik illərinə qaytarır.

AZƏRTAC xəbər verir ki, dünya şöhrətli müğənni Müslüm Maqomayevin doğum günü münasibətilə keçirilən mərasimdə bu barədə jurnalistlərə onun həyat yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya bildirib.

“Müslümün həyat və yaradıcılığı ilə bağlı hazırda Birinci kanalda çoxseriyalı filmin çəkilişləri gedir. Mən serialın yaradıcılarına bəzi məsələlərlə bağlı məsləhətlər vermişəm. Premyeranın dəqiq tarixi hələ məlum deyil. Fikrimcə, səkkiz seriya tamaşaçılara onların sevimli artistinin həyatını hərtərəfli göstərmək üçün yetərlidir”, - deyə T.Sinyavskaya əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.