İDMAN


Tamblinq üzrə 17-ci Azərbaycan çempionatı və birinciliyinin qalibləri müəyyənləşib

Bakı, 8 noyabr, AZƏRTAC

Noyabrın 8-də Bakı Gimnastika Məktəbində tamblinq üzrə 17-ci Azərbaycan çempionatı və birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda Bakı Gimnastika Məktəbi və “Neftçi” İdman Klubunun nümayəndələri uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş qruplarında mübarizə aparıblar.

Uşaqların yarışında Aqil Abbas və Məryəm Əhmədova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yeniyetmələrin mübarizəsində Aleksey Karataşov qızıl medal qazanıb. Gənclərin yarışında Tofiq Əliyev, böyüklər arasında isə Fərid Mustafayev bütün rəqiblərini qabaqlayaraq birinci olublar.

Noyabrın 9-da batut gimnastikası üzrə 5-ci ölkə çempionatı və birinciliyi təşkil olunacaq. Yarışda balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyaları üzrə iştirakçılar fərdi və sinxron proqramda Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” idman klubunu təmsil edəcəklər.

Yarışda ilk dəfə Qaxdan olan gimnastlar da iştirak edərək, nümunəvi çıxışlar göstərəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.