İDMAN


Tamblinqçimiz dünya çempionatının təsnifat mərhələsində İsrail, Danimarka və ABŞ təmsilçiləri ilə yarışacaq

Bakı, 18 noyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən dünya çempionatının tamblinq yarışlarında ölkəmizi Mixail Malkin təmsil edəcək. Təmsilçimiz noyabrın 19-da üçüncü qrupda təsnifat yarışlarında mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz ilə eyni qrupda, israilli Yarin Dekimhi, Danimarka təmsilçiləri Cohannes Soemod, Maqnus Lindholmer, Martin Abildgaard, Adam Matthiesen, ABŞ gimnastları Çarles Larson, Aleksander Renkert və Kaden Braun yarışacaqlar.

Kişi tamblinqçilərin yarışında 30-dan artıq idmançı çıxış edəcək.

Noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Yarışların ilk iki günü təsnifat, sonuncu iki gün isə finallar keçiriləcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.