MƏDƏNİYYƏT


Tanınmış İran yazıçısının romanı ana dilimizə tərcümə edilib

Bakı, 13 oktyabr, AZƏRTAC

Tanınmış İran yazıçısı Fəriba Vəfinin “Zirzəmi quşu” romanı Azərbaycan dilində çap olunub.

AZƏRTAC xəbər verir ki, “Parlaq imzalar” nəşriyyatı tərəfindən çap edilən romanı fars dilindən Azərbaycan dilinə şərqşünas, telejurnalist Ariz Tarverdiyev tərcümə edib.

Romanda həyatın ağır şərtlərinə dözən, ailə qurduqdan sonra sevginin öləzimək həqiqəti ilə barışıb, bütün gücünü övladlarının tərbiyəsinə həsr edən qadından söhbət açılır. Roman individual qadınlığın axtarılması və ortaya çıxarılmasına həsr olunub.

Təhkiyəçi qadın həyatını, hisslərini, ətrafını diqqətlə araşdırır və onları bacardığı qədər dəqiqliklə təsvir edir. Roman inkişaf etdikcə qadın yadlaşma ilə təcridolunmadan addım-addım uzaqlaşır və eksiztensial böhrandan özünüdərk və özünükəşfə doğru hərəkət edir.

Roman İranda çox böyük rəğbətlə qarşılanıb. Müəllif elə həmin il romana görə “Qolşiri” və “Yəlda” ədəbiyyat mükafatlarına layiq görülüb.

İranda 30 dəfədən çox çap edilən “Zirzəmi quşu” ingilis, italyan, ispan, alman və türk dillərinə tərcümə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.