DÜNYA


Tanınmış aktyor Andrey Mironovun nəvəsi böyük kino layihəsində baş rola dəvət alıb

Bakı, 24 avqust, AZƏRTAC

Tanınmış aktyor Andrey Mironovun nəvəsi böyük bir kino layihədə baş rol alıb. Bu günlərdə məlum olub ki, 25 yaşlı gənc aktyor Andrey Udalov kino ekranda debüt edəcək.

AZƏRTAC Rusiya KİV-lərinə istinadən xəbər verir ki, sovet kino və teatr artisti, rejissor, ssenarist, estrada müğənnisi, Rusiyanın Xalq Artisti Andrey Mironovun nəvəsi Andrey Udalov 2014-cü ildə B.V.Şukin adına teatr institutunu bitirib. 2015-ci ildən Vaxtanqov adına teatrda çalışır.

Hazırda Andrey kino sahəsində ilk dəfə böyük layihədə baş rola dəvət alıb. Bunadək gənc aktyor yalnız epizodik rollara çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.