MƏDƏNİYYƏT


Tanınmış alimin 60 illik yubileyi qeyd edilib

Bakı, 2 iyul, Zərəngiz Mansurova, AZƏRTAC

Səməd Vurğunun ev-muzeyində filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlunun anadan olmasının 60 illik yubileyi qeyd edilib. Yubiley tədbiri çərçivəsində alimin “Ədəbiyyat nəzəriyyəsi müntəxəbatı”, “Sözün o üzündə” kitablarının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə akademik Nizami Cəfərov Məti Osmanoğlunun ədəbi fəaliyyətindən söz açıb.

Bildirib ki, o,1958-ci ildə Qazax rayonun Sadıqlı kəndində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsinin məzunudur. BDU-nun aspiranturasında təhsil alıb. Jurnalistika fəaliyyətinə tələbə olarkən Azərbaycan Dövlət Radiosunda başlayıb, uzun müddət KİV sahəsində fəaliyyət göstərib. Azərbaycan ədəbiyyatının müxtəlif problemlərinə həsr olunmuş silsilə əsərlər müəllifidir. “Əmir Teymurun vəsiyyətləri”, Çingiz Aytmatovun “Çingiz xanın ağ buludu”, Moris Simaşkonun “Sultan Bəybars” əsərlərini dilimizə tərcümə edib. Əli bəy Hüseynzadə ədəbi mükafatının laureatıdır.

Tədbirdə görkəmli elm adamları ilə yanaşı, muzey işçiləri, BDU-nun tələbələri və alimin dostları iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.