MƏDƏNİYYƏT


Tanınmış bəstəkar Cəlal Abbasovun əsəri Almaniyada ifa edilib

Bakı, 24 dekabr, AZƏRTAC

Almaniyanın Essen şəhərinin aparıcı konsert salonlarından olan “Essen-Rellinghousen”da kamera-musiqisi konsertləri təqdim olunub.

AZƏRTAC xəbər verir ki, konsertlər çərçivəsində Essen şəhərində ali musiqi təhsili alan istedadlı kontrabas ifaçısı Cavad Cavadzadə tanınmış Azərbaycan bəstəkarı, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət xadimi Cəlal Abbasovun solo kontrabas üçün “Münacat 1” əsərini ifa edib.

Konsertlərdə Bax, Haydn, Brams, Şuman, Şubert, Maler və Şostakoviç kimi dünya klassiklərinin də kamera-instrumental əsərləri səsləndirilib.

Gənc musiqiçimizin ifası dinləyicilərin böyük marağına səbəb olub.

Qeyd edək ki, C.Abbasovun “Münacat 1” əsəri İtaliya, Fransa, Cənubi Koreya, Rusiya, Gürcüstan və başqa xarici ölkələrdə görkəmli musiqiçilər tərəfindən dəfələrlə ifa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.