MƏDƏNİYYƏT


Tanınmış bəstəkar Eldar Mansurovun 70 illik yubiley konserti olub

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli bəstəkar Eldar Mansurovun 70 illik yubiley konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor, Xalq artisti Cavanşir Cəfərov), Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər, Xalq artisti Rüfət Xəlilzadə), Xalq artistləri Mübariz Tağıyev, Flora Kərimova, Cavan Zeynallı, Brilyant Dadaşova, Əməkdar artistlər və digər solistlərin iştirakı ilə bəstəkarın bir-birindən maraqlı musiqi nömrələri izləyicilərə təqdim olunub.

Sonda çıxış edən yubilyar, gecənin təşkilində dəstəyinə görə Mədəniyyət Nazirliyinə öz təşəkkürünü bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.