MƏDƏNİYYƏT


Tanınmış bəstəkarlar Vasif və Ceyhun Allahverdiyevlərin əsərlərindən ibarət konsert

Bakı, 3 iyul, AZƏRTAC

İyulun 3-də Türkiyənin ölkəmizdəki səfirliyinin Nuru Paşa adına konsert salonunda Əməkdar İncəsənət xadimləri Vasif və Ceyhun Allahverdiyevlərin əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Konsertdə öncə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Səfir deyib ki, hər iki bəstəkarın əsərləri monotonluğuna və ritminə görə fərqlidir. Konsertin iştirakçılarına təşəkkürünü bildirən diplomat hər iki bəstəkara yaradıcılığında uğurlar arzu edib.

Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova bəstəkarların yaradıcılığı haqqında qonaqlara məlumat verib. “Ceyhun və Vasif qardaşları müasir Azərbaycan bəstəkarlıq məktəbinin layiqli təmsilçiləridir. Böyük məktəb keçiblər, hər ikisi peşəkar qələmə malikdir. Hər iki bəstəkarın əsərləri ölkəmizi ən ali səviyyədə təmsil etməyə layiqdir. Onlar musiqinin istənilən janrında özlərini tam rahat hiss edirlər. Mahnı və romanslarında dərin məzmuna meyil edən hər iki bəstəkar musiqinin simfonik xəttinə peşəkarcasına yanaşırlar. Ceyhun və Vasifin əsərlərində, həm də türkçülük məfkurəsi hiss edilir”, - deyə L.Hüseynova söyləyib.

Sonra konsert proqramı təqdim olunub. Konsertdə solistləri Xalq Artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Xəzər Universitetinin kamera orkestri müşayiət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.