MƏDƏNİYYƏT


Tanınmış dizayner Azərbaycan Ordusunun azadetmə missiyasının şərəfinə kolleksiya təqdim edib

Bakı, 23 oktyabr, AZƏRTAC

Tanınmış dizayner Gülnarə Xəlilova şanlı Azərbaycan Ordusunun azadetmə missiyası və Azərbaycan-İran sərhədi üzərində tam nəzarətin bərpa edilməsi şərəfinə şifrondan hazırlanmış şərf kolleksiyasını təqdim edib.

AZƏRTAC xəbər ki, bu barədə G.Xəlilova deyib: “Biz çox sevincli günlər yaşayırıq. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında möhkəm birləşmiş xalqımız və rəşadətli Ordumuz torpaqlarımızı erməni faşistlərindən azad edir. Azad edilmiş şəhər və kəndlər arasında mənim valideynlərim üçün doğma Cəbrayılın olmasını qeyd etmək fərəhlidir. Ötən gün isə növbəti xoş xəbər aldıq ki, Azərbaycan və İran sərhədi üzərində tam nəzarət bərqərar edilib. Qəhrəmanlarımıza eşq olsun! Allah şəhidlərimizə rəhmət eləsin!”.

Şərf nümayişində Qarabağ müharibəsi qazisi, ikiqat Paralimpiya çempionu, Azərbaycan Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev, Xalq artisti Tünzalə Ağayeva, Əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov və başqaları iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.