ELM VƏ TƏHSİL


Tanınmış fransalı jurnalist UFAZ-da

Bakı, 10 iyul, AZƏRTAC 

Tanınmış fransalı jurnalist Alain Roumestand Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olub.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə UFAZ-ın direktoru, dosent Vazeh Əsgərov rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, qazandığı uğurlar barədə qonağa ətraflı məlumat verib.

A.Roumestand UFAZ-ın laboratoriyaları və maddi-texniki bazası ilə tanış olduqdan sonra UFAZ-ın baş katibi Şarlot Payendən “Azərbaycan cəmiyyətində qadınlar” mövzusunda müsahibə alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.