MƏDƏNİYYƏT
Tanınmış fransız gitaraçı “Rotunda Jazz Club”da çıxış edib
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də Fransanın ölkəmizdəki səfirliyinin, Azərbaycan Fransız İnstitutu və Fransa-Azərbaycan Universitetinin (UFAZ) dəstəyi ilə “Rotunda Jazz Club”da tanınmış fransız gitaraçı Filiqanın konserti olub.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl çıxış edən musiqiçi səmimi qəbula görə Bakı tamaşaçılarına təşəkkür edib və hələ ilk səfərindən qədim və gözəl Azərbaycanı sevdiyini söyləyib. Xalq musiqimiz, xüsusən tar ifası qonaqda dərin təəssürat doğurub. Filiqan deyib: “Bu gün səhnədə gitara ilə tarın sintezi səslənəcək. Əminəm ki, hamınız bu ahəngə heyran olacaqsınız”.
Qeyd edək ki, virtuoz gitaraçı Filiqan Avropa ölkələrində çox məşhurdur. Fitri istedadı sayəsində artist artıq14 yaşından səhnələri fəth edə bilib.
Bakılı tamaşaçılar musiqiçinin ifasını böyük maraqla qarşılayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:41]
Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub
- 19.04.2024 [21:42]
Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir
- 19.04.2024 [20:37]
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]