ELM VƏ TƏHSİL


Tanınmış ictimaiyyət nümayəndələri imtahan prosesini izləyiblər

Bakı, 25 iyul, AZƏRTAC

İyulun 25-də ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirildiyi Azərbaycan Texniki Universitetinin İdman Kompleksinə infotur təşkil edilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirə Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev, Xalq Artisti Nürəddin Mehdixanlı, Əməkdar Artist Bəhram Bağırzadə, əvvəlki illərdə müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən, hazırda isə ölkəmizin müxtəlif bölgələrində çalışan gənc müəllimlər qatılıblar.

İctimaiyyət nümayəndələri Azərbaycan dili və ədəbiyyat üzrə keçirilən imtahanın prosesini yaxından izləyib, namizədlər üçün yaradılan şəraitlə tanış olublar.

Xalq Yazıçısı Ç.Abdullayev müəllimlərin imtahanla işə qəbulunu yüksək qiymətləndirib, bunun müəllim peşəsinin nüfuzunun artmasında müstəsna rol oynadığını bildirib. İnfotur iştirakçıları imtahanların şəffaf keçirilməsini gələcəkdə güclü təhsil sisteminin formalaşmasına xidmət edən vacib proses kimi dəyərləndiriblər.

Qeyd edək ki, Azərbaycan dili və ədəbiyyat üzrə bu gün başlayan test imtahanlarında 3 min 520 namizədin iştirakı nəzərdə tutulur. Bu fənn üzrə imtahanlar iyulun 26-dək davam edəcək.

İmtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10, məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.