MƏDƏNİYYƏT


Tanınmış indoneziyalı memarın Bakıda mühazirəsi dinləniləcək

Bakı, 6 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də “YARAT” Müasir İncəsənət Mərkəzində “İndoneziya İslam memarlıq irsi” mövzusunda memarlıq forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, üçüncü İndoneziya Mədəniyyət Festivalı çərçivəsində reallaşacaq forum bu ölkənin Bakıdakı səfirliyi və “YARAT” Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Foruma İndoneziya Memarlıq Assosiasiyasının sədri, tanınmış memar Muniçi Baxron Edres rəhbərlik edəcək. Tədbir çərçivəsində müsəlman irsləri arasında müxtəlif incəsənət və mədəni mirasların təsirinə məruz qalmış İndoneziyanın zəngin memarlığı təqdim olunacaq. Həmçinin tanınmış memarın moderatorluğu ilə aparılacaq mövzulardan biri qeyri-adi müsəlman yaşayış məntəqəsi olan, Sultan sarayı ilə və xüsusi Yava kosmologiya və fəlsəfəsinə əsaslanan dizaynı ilə, Yava adasının ənənəvi və tarixi şəhəri olan Coqcakartanın mərkəzində yerləşən Kauman kəndi haqqındadır. Bu forum, həmçinin dialoq, fikirlər mübadiləsi və İndoneziya haqqında bilik və Azərbaycan memarlığı, incəsənət və dizaynı haqqında məlumat almaq üçün bir fürsətdir.

Qeyd edək ki, Coqcakarta İslam Universitetinin professoru olan Muniçi Baxron Edres, həmçinin rəngkarlıqla məşğul olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.