MƏDƏNİYYƏT


Tanınmış ispaniyalı yazıçı vəfat edib

Bakı, 20 iyun, AZƏRTAC

İspaniyanın tanınmış yazıçısı Karlos Ruis Safon 55 yaşında dünyasını dəyişib.

AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “Planeta” nəşriyyatı özünün “Twitter” səhifəsində yazıb.

KİV-lərin yaydığı məlumata görə, yazıçı uzun sürən xəstəlikdən sonra Los-Ancelesdə vəfat edib.

Karlos Ruis Safon 1964-cü ildə Barselonada dünyaya gəlib. Bədii karyerasına 1993-cü ildə yeniyetmələr üçün yazdığı mistik kitablardan başlayıb. 2001-ci ildə çap etdirdiyi “Küləyin kölgəsi” romanı (La sombra del viento) 30-dan çox dilə tərcümə olunaraq 15 milyon tirajla yayımlanıb. Müəllifin digər məşhur əsərlərindən “Mələyin oyunu” (El juego del angel, 2008) və “Səma məhbusu” (El prisionero del cielo, 2011) romanları böyük marağa səbəb olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.