MƏDƏNİYYƏT


Tanınmış israilli müğənni Bakıda konsert proqramı ilə çıxış edəcək

Bakı, 6 fevral, AZƏRTAC

Martın 27-də Azərbaycan Dövlət Rus Dram Teatrında tanınmış İsrail müğənnisi, flamenko üslubunda ifa edən Şimon Siboni konsert proqramı ilə çıxış edəcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, paytaxtımızda ilk dəfə qastrol səfərində olan müğənni Covanni Kapurro, Osvaldo Farres, Luçano Pavarotti, Enriko Karuzo və digər məşhur ifaçıların repertuarından ivrit, ispan və fransız dillərində musiqilər ifa edəcək.

Qeyd edək ki, Ş.Siboni Mərakeşin Kasablanka şəhərində anadan olub. Dünyanın bir çox ölkələrində konsert proqramı ilə çıxış edən müğənniyə güclü səsinə görə “ikinci Karuzo” ləqəbi verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.