MƏDƏNİYYƏT


Tanınmış jurnalist Səadət Kadırova: Bu mənim Şuşamdır…

Bakı, 21 sentyabr, AZƏRTAC

Mən əslində heç vaxt Azərbaycanda yaşamamışam, uşaq vaxtı tətildə orda bir gün belə keçirməmişəm, Xəzər dənizi ilə, çoxlarına tanış olan neft qoxusu ilə nəfəs almamışam. Mən uzaqda yaşayırdım ...

Tanınmış jurnalist, Azərbaycan Respublikasının Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki ticarət və sərgi mərkəzinin direktoru Səadət Kadırovanın "Bu mənim Şuşamdır .." yazısı belə başlayır. AZƏRTAC həmin esseni təqdim edir.

Azərbaycan mənim tarixi vətənimdir, ona olan sevgim lap uşaq ikən mənə atamdan keçib. Mən sanki bilirdim ki, uzaq bir yerdə, məni mütləq sevəcək insanların yaşadığı bir ölkə var və mən də bu insanları tanımadan sevirdim. İlk dəfə bura gəldiyim zaman, ilk nəfəsdən, Xəzər dənizi və neft qarışıq ilk aldığım nəfəsdən sevdim və anladım ki, bu hiss əbədi olaraq yaşayacaq.

Şuşa! Daha əvvəllər mən heç vaxt Qarabağda olmamışam, tarixi vətənimlə görüşdüyüm zaman Qarabağ artıq işğal olunmuşdu, lakin mən çox gözləyirdim, ümid edirdim və nəhayət bu an gəldi.

Bir il əvvəl, sentyabr ayında yuxumuz yox idi, sakitçilik yox idi, dünyanın hər yerində biz, azərbaycanlıların hamımızın qəlbi bir yerdə döyünürdü. Axı əməliyyatın "dəmir yumruq" adlandırılması əbəs yerə deyildi, biz bu yumruq idik və ümid edirəm ki, belə də qalacağıq, çünki biz hərəmiz tək-tək olsaq bizi açıq ovucdakı barmaqlar kimi bir-bir asanlıqla sındıracaqlar.

Mənə zəng vurub dedilər: “Sən “Xarıbülbül” festivalına, Şuşaya gedirsən, təcili Bakıya uç. Beynimdə yalnız bir fikir var idi. Bu ola bilməz, yəqin ki, mən ya təyyarəni qaçıracağam, ya da ki, başqa bir şey baş verəcək, beynim xəyalımda çəkdiyim, yuxuda gördüyüm və bizim hər birimiz üçün bərpa edilmiş ədalətin simvolu, Azərbaycan əsgərinin şərəf və qürur simvolu olan Şuşaya, mənim Şuşama gedəcəyimə inanmaqdan imtina edirdi.

Yol uzun idi, gecə yola düşdük, yolda əyləndik, heç kim yorğunluq hiss etmirdi, adrenalin o qədər yüksək idi ki, şəxsən mən kosmosa uçduğum kimi özümü hiss edirdim.

Bu səfərdə (ictimaiyyət üçün ilk olaraq) aparıcı jurnalistlər, telekanal rəhbərləri və tanınmış mədəniyyət xadimləri iştirak edirdilər.

Yolda mən çox düşünürdüm, pəncərədən baxırdım, gözəl təbiətin fonunda tərk edilmiş kəndləri, dağıdılmış evləri, mina sahələri ilə bağlı işarələri görürdüm. Düşünürdüm ki, biz bu torpağı niyə bu qədər sevirik? Bilmirəm və indi də cavab verə bilmirəm. Görünür bu, necə deyərlər, qan çəkməsi idi. Mənə elə gəlirdi ki, məhz həmin dəqiqələrdə biz özümüz-özümüzü hiss etmirdik, hamımızın QANI BİR idi və məsələ heç də millətdə və dində deyil, aramızda ruslar da, talışlar, ləzgilər, molokanlar və yəhudilər də var idi. Sadəcə olaraq, bizim hamımızın damarında Qarabağlı qanı axırdı!

Şuşaya çatanda ilk gördüyüm qayanın üzərində dalğalanan Azərbaycan bayrağı oldu. Bu, Azərbaycan əsgərlərinin Şuşanı azad edərək üstünə çıxdığı məşhur qaya idi. Bu əlçatmaz dağı görəndə oraya necə piyada çıxmaq olduğunu, öz həyatı bahasına ağlasığmayan, hər məntiqdən üstün olanı - bayrağı bu zirvəyə qaldıran və azərbaycanlıların ruhunda şübhələnənləri əbədi susmağa məcbur edənləri hərəkətə gətirən qeyri-insani qüvvə və vətəninə olan məhəbbəti təsəvvür etmək mümkün deyil.

Şuşa torpağına ayaq basdıqda, şəxsi obrazımın bağlandığını anladım. Həyatımın nəhəng bir mənzərəsi, mozaika kimi gözlərimin önündə idi, bu rəsmdə çoxlu rənglər, çoxlu formalar var idi. Bu rəsm çox xoşuma gəldi, o parıldayırdı və cürbəcür rənglərə çalırdı, əllərinizlə yelləyərkən və fərqli şəkillər görən zaman uşaqlıqdan parlayan bir təqvim kimi xəyalımı heyrətləndirirdi. Lakin bu nəhəng mozaikada böyük bir boşluq var idi. Açıq qara dəlik, bu yerdə heç bir şey yox idi, yalnız uçurum. Bu fraqmentlər olmadan mozaika mənasını və məntiqini itirirdi, bu qara ləkə bütün mənzərəni eybəcər hala salırdı.

Şuşanın, Qarabağın ətrini nəfəs aldıqda, Cıdır düzündə dağlarda əks-səda yaradan muğam səsləri eşidəndə, dağların arasında göylərdə uçan qartalı görəndə anladım ki, mənim mozaikamda çatışmayan bulmacalar qapandı. Fiqurlar mükəmməl olaraq formaya uyğun olduğu və vahid bir mənzərə təşkil etdiyi zaman kompüter oyununda və ya tetrisdə olduğu kimi yerlərini tutdular.

Mənim Şuşam həmişə xəyalımda, qəlbimdə, ruhumda olub. Tarixi vətənindən uzaqda böyüyən bir qız, həyatı sevən bir qızın- mənim gördüyüm o Şuşa ... o Şuşa yalnız mənim idi və o mənim üçün ən parlaq və ən böyük sarsıntı oldu. O mənim üçün ən güclü impuls və ən inanılmaz hisslər qamması oldu.

Sənə təşəkkür edirəm, Şuşa, məni qəbul etdiyinə, çatışmayan bulmacaları doldurduğuna, dünyamın mənzərəsini belə incə və ahəngdar şəkildə tamamladığına, bizim hamımıza inam, hamımızın damarlarında eyni qanın axdığına inam bəxş etdiyinə görə sənə təşəkkür edirəm …

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.