Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Tanınmış jurnalist və diplomat Bağır Seyidzadənin anadan olmasından 110 il keçir

Bakı, 9 avqust, AZƏRTAC

Jurnalist, diplomat, nazir, tərcüməçi, vətənpərvər və xeyirxah insan, gözəl övlad, qayğıkeş ər və ata... Cəmi 56 il ömür sürmüş Bağır Seyidzadə yaddaşlarda belə qalıb.

AZƏRTAC Azərbaycanın tanınmış ictimai xadimi, Əməkdar mədəniyyət işçisi Bağır Seyidzadənin həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Bağır Mirqasım oğlu Seyidzadə 1912-ci il avqustun 9-da qədim Azərbaycan şəhəri İrəvanda dünyaya göz açıb. 1918-ci ildə İrəvanda millətlərarası münasibət kəskinləşdiyi üçün Mirqasım ailəsini Tiflisə köçürüb.

B.Seyidzadənin qızı Dilarə xanımın xatirələrindən: “Onlar 1918-ci ildə İrəvandan köçəndə atamın əmisi Mirəli artıq vəfat etmişdi. O, səfərdən qayıdarkən Qarsda dünyasını dəyişmiş və orada dəfn olunmuşdu. Babam Mirqasım həm özünün, həm də qardaşının ailəsini götürüb Tiflisə gəlmişdi. Yeri gəlmişkən, mən atamın əmisi Mirəlinin Türkiyədə məzarını axtarıb tapdım. Buna Türkiyəyə səfər zamanı ulu öndər Heydər Əliyevin sayəsində nail oldum”.

Mirqasım kişi ticarətini davam etdirir, qazandığı pullarla uşaqlarına mükəmməl təhsil verir. Bağır rus və fransız dillərini Tiflisdə öyrənmişdi.

1924-cü ildə Mirqasım kişinin ömür-gün yoldaşı Xədicə xanım vəfat edir və onu Tiflisdəki müsəlman qəbiristanlığında dəfn edirlər. On iki yaşlı Bağır tez-tez qəbiristanlığa gedirdi. Fikirləşirdi ki, bəlkə möcüzə baş verər, anası əbədiyyət yuxusundan ayılar və özünü qəbiristanlıqda tək görüb qorxar. Oğlunun iztirablarını görən Mirqasım kişi ailəsini Tiflisdən uzaq bir məkana köçürməyi qərara alır.

1925-ci ildə ailə Bakıya köçür. Bu o dövr idi ki, Azərbaycanı müstəqil görmək istəyən Hüseyn Cavid, Əhməd Cavad, bir qədər sonra onlara qoşulan Mikayıl Müşfiq, Almas İldırım Bakıda yazıb-yaradırdılar. Bağır Seyidzadə Tağıyevin fabrikində işə düzəlir və təhsilini fəhlə fakültəsində davam etdirir. Şəhərdəki ictimai-siyasi ab-havanı tezliklə dərk etsə də, nə evdəkilərə, nə də ətrafdakılara kimlərə rəğbət bəslədiyini bildirmir. Lakin illər ötdükdən sonra Moskvada aspiranturada oxuyan sevimli qızı Dilarəyə deyəcəkdi: “Qızım, əgər sən nə vaxtsa Azərbaycan tarixinin ən şərəfli və vacib dövrünə əsər həsr etsən, mütləq o dövrün mətbuatına diqqət yetir, ələlxüsus da “Füyuzat” jurnalına”. Deməli, ürəyindəki rəğbəti füyuzatçılara imiş.

Gənc Bağır 1930-cu ildə fəhlə fakültəsini bitirdikdən sonra bir neçə ay “Kəndli” qəzetinin redaksiyasında korrektor işləyir. 1936-cı ildə isə Azərbaycan Sənaye İnstitutunun məzunu olaraq “Gənc işçi” qəzetinə redaktor təyin edilir. O qəzetin nüfuzu elə yüksək idi ki, bütün gənc yazarlar onun ətrafına toplaşmışdılar. Repressiya illərində hər dəfə bu tufanın apardığı adamların adlarını eşidəndə Bağır Seyidzadənin ürəyi qana dönürdü. Çünki onların çoxunu şəxsən tanıyırdı. İkinci Dünya müharibəsinin başlanması Kremli Bakını türkçülük əhval-ruhiyyəsinin daşıyıcısı olan azərbaycanlılardan təmizləmək siyasətini dayandırmağa məcbur etdi. Beləliklə, Bağır Seyidzadənin və onun kimi minlərlə vətənpərvər azərbaycanlının canı repressiyadan qurtardı.

Professor Dilarə Seyidzadənin xatirələrindən: “O vaxt belə bir qayda vardı – gənclər üçün qəzetə rəhbərlik edən şəxs növbəti qurultayda respublika komsomolu Mərkəzi Komitəsinin ideologiya üzrə katibi seçilirdi. Beləliklə, atam respublika komsomolu Mərkəzi Komitəsinin ideologiya üzrə katibi seçildi və 1941-ci ildə Əziz Əliyevin başçılıq etdiyi azərbaycanlılardan ibarət böyük bir qrupla İrana getdi”. Bağır Seyidzadə İrana yola düşən gün – sentyabrın 15-də atası Mirqasım kişi infarktdan keçinir. Övladı Bağırın isə bundan xəbəri olmur. Qeys xanım qayınatası vəfat etdiyi üçün ərini qaytarmaq xahişi ilə Mərkəzi Komitəyə müraciət etsə də, bir nəticə hasil olmur. Mərkəzi Komitə Mirqasım kişinin dəfnini təşkil etməklə vəzifəsini bitmiş hesab edir. Vaxtilə hər gün anasının qəbrini ziyarət edən Bağır uzun illər atasının məzarına baş çəkə bilmir.

Görkəmli ictimai, siyasi və dövlət xadimi Əziz Əliyev İranda işləmək üçün diplomatlar hazırlanması məqsədilə kadr seçəndə nəzakətli davranışı, hər kəslə ünsiyyət qurmaq bacarığı ilə başqalarından fərqlənən Bağır Seyidzadənin üzərində dayanır və onu Moskvaya SSRİ Xarici İşlər Nazirliyindəki Ali Diplomatiya Məktəbinin altıaylıq kursuna göndərir. Moskvada fars dilini mükəmməl öyrənən və təhsilini fərqlənmə diplomu ilə bitirən Bağır Seyidzadə 1944-cü ildə SSRİ diplomatı kimi İrana göndərilir. Yazıçı Qılman İlkinin xatirələrindən: “Biz Təbrizdə Mirzə İbrahimovun rəhbərliyi altında ərəb əlifbası ilə “Vətən yolunda” qəzetini nəşr edirdik. Bağır Seyidzadə isə oraya diplomatik işə göndərilmişdi. Biz tez-tez görüşürdük. Ya biz onun yanına gedir, ya da o özü Təbrizdə bizə baş çəkirdi. Öz işindən maraqla danışırdı. Cənubi Azərbaycanda Milli Hökumətin qurulmasında onun böyük xidməti vardı. Hətta Milli Hökumət onu “21 Azər” medalına da layiq görmüşdü”.

Bağır Seyidzadə həm də gözəl natiq idi. O, müharibə illərində Səməd Vurğunun rəhbərlik etdiyi bir qrup Azərbaycan ziyalısı ilə birlikdə Novorossiysk cəbhəsində 416-cı, 77-ci və 223-cü diviziyalarda olmuşdu. Həmçinin Səməd Vurğunla birlikdə Tiflisdə vətənpərvərlik mitinqində iştirak etmişdi.

İrandan sonra Moskva onu təcrübəli diplomat kimi Türkiyəyə göndərmək istəyir. Lakin Mircəfər Bağırov onun Bakıda qalmasına nail olur və 1949-cu ildə Bağır Seyidzadəni kinematoqrafiya naziri təyin edir. O, kinematoqrafiyada olan problemlərin aradan qaldırılması üçün böyük işlər görür. Həmin dövrdə çəkilmiş “Sovet Azərbaycanı” sənədli filmi Kann Beynəlxalq Kinofestivalında Azərbaycanın kino tarixində ilk dəfə olaraq xüsusi mükafata layiq görülür. “Xəzər neftçiləri haqqında dastan” və “Dənizi fəth edənlər” sənədli-bədii filmlərinə görə yaradıcı qrupun bir neçə üzvü sovet dövründə ən yüksək mükafatı - Lenin mükafatını alır. “Dənizi fəth edənlər” filmi həm də I Moskva kinofestivalında gümüş medalla mükafatlandırılır.

Bağır Seyidzadənin kinematoqrafiya naziri kimi əldə etdiyi uğurlar onu Mircəfər Bağırovun gözündə ucaldırdı. Lakin bədxahları da az deyildi. Onlar gecə-gündüz Mərkəzi Komitəyə böhtan dolu məktublar yazırdılar. M.Bağırov 1952-ci ilin fevralında Bağır Seyidzadəni vəzifəsindən azad etməyə məcbur olur. B.Seyidzadə Radioinformasiya Komitəsinə gələrək fars redaksiyasına işə götürülməsini xahiş edir. Onu nəinki işə götürür, hətta farsca birbaşa efiri də ona həvalə edirlər. 1953-cü ildə isə Bağır Seyidzadə Radioinformasiya Baş İdarəsində müavin vəzifəsinə irəli çəkilir. Çox keçmir ki, Mərkəzi Komitə ona Poliqrafiya və Nəşriyyat İdarəsini yaratmağı tapşırır. Bu idarə 1958-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinə birləşdiriləndən sonra Bağır Seyidzadə nazir müavini təyin olunur.

Nazir müavini işləyərkən tərcümə ilə də məşğul olan Bağır Seyidzadə halal çörəkpulu qazanan məmur idi. O, “Görkəmli adamların həyatı” silsiləsindən Natalya Muravyovanın “Viktor Hüqo”, Leopold İnfeldin “Evarist Qalua”, İohan Pestalotsinin “Seçilmiş pedaqoji əsərləri” kitablarını tərcümə etmişdi. Xalq yazıçısı Qılman İlkinin xatirələrindən: “Hamı bilirdi ki, onun bir dəqiqə də olsun boş vaxtı yox idi. Gecələr isə bədii tərcümə ilə məşğul olur, ailəsinin heç bir şeydə korluq çəkməsinə imkan vermirdi. Bu da həmkarlarında paxıllıq hissi doğururdu, onlar nəyin bahasına olursa-olsun ona zərbə vurmağa çalışırdılar. Nail oldular da. Onu işdən azad etdilər. İşdən azad edilməsi haqqında əmr çox gülünc səslənirdi...”

Azərinformun (indiki AZƏRTAC) baş redaktoru Azər Ələsgərov bu barədə yazırdı: “Bağır Seyidzadə nazir müavini işləyə-işləyə iki-üç kitab tərcümə edib onları nəşr etdirmişdi. Bu səbəbdən də belə bir məsələ qaldırılmışdı ki, o, tərcümə edərək filan qədər qonorar almışdır”. Sonralar Mərkəzi Komitənin birinci katibi Vəli Axundov etiraf etmişdi ki, Bağır Seyidzadəni işdən əbəs yerə çıxarıb.

Bağır Seyidzadə hansı vəzifədə çalışırsa-çalışsın, yazıb-yaratmağa meyilli olub. Xatirələrdən aydın olur ki, Bağır Seyidzadə hələ məktəbdə oxuyarkən, eləcə də tələbə olarkən divar qəzeti çıxarırdı. Bəlkə də hələ o vaxt ürəyindən jurnalist olmaq keçirdi.

Dilarə xanımın söylədiklərindən: “Atam AZƏRTAC-da direktor müavini vəzifəsinə 1963-cü ildə təyin olunmuşdu. Agentliyin rəhbəri Yefim Qurviç deyirdi ki, Bağır Seyidzadə tərcümənin pulemyotçusudur. Tərcümədə səlis və çevik idi. Atam agentlikdəki işindən, sözün əsl mənasında, zövq alırdı. Səhərə yaxın, saat 4-5-də evə qayıdanda daxilən işıq saçırdı. Gecələr ona zəng edən, daim nə isə soruşan cavanlar çox xoşuna gəlirdi. Sübh tezdən ona edilən zənglərə görə mən narahatlıq keçirərdim, o isə deyərdi ki, bu zənglər çox mühüm məsələlərlə bağlıdır. Onu da deyim ki, həmin dövrün bir çox görkəmli jurnalistləri – İsrafil Nəzərov, Xasay Vəzirov, Nəsir İmanquliyev atamla bir yerdə “Gənc işçi” qəzetində ilk addımlarını atmış, uzun illər birgə işləmiş, məslək dostu olmuş və sıx əməkdaşlıq etmişdilər. Cəmil Əlibəyov həmişə deyirdi ki, Bağır Seyidzadə mənim müəllimimdir.

Atamın nəzərində jurnalistika çox məsuliyyət tələb edən bir peşə idi. Deyirdi ki, əsl jurnalist həm tarixçi, həm filosof, həm iqtisadçı, ən başlıcası isə insanpərvər olmalıdır. Atam xatirələrdə jurnalist və diplomat kimi qalıb. Vəzifə onun üçün önəmli deyildi. Hara göndərirdilər, orada vicdanla işləyirdi. Həyatda qarşılaşdığı bütün çətinlikləri dəf etməkdə atama daim yazması, redaktə və tərcümə ilə məşğul olması kömək edirdi. Azad ruhlu insan idi. Çoxşaxəli fəaliyyətinə baxmayaraq, ömrünün axırınadək qəlbən jurnalist olaraq qaldı. O, Azərinformda ömrünün son gününə qədər - 1968-ci il martın 24-dək işlədi”.

Bağır Seyidzadə övladlarının tərbiyəsinə böyük əhəmiyyət verirdi. O, Pestalotsiyə istinadən deyirdi ki, uşaqlarda təbiətin verdiyi, anadangəlmə keyfiyyətləri inkişaf etdirmək, zor işlətməmək, öyüd-nəsihətsiz, hay-küysüz keçinmək lazımdır. Dilarə xanımın söylədiklərindən: “Atam bizi tez-tez kinoya aparırdı, oxuduğumuz kitablar haqqında soruşurdu. Valideynlərimiz bizi həm sevir, həm də bilik qazanmağımız üçün tələbkarlıq göstərirdilər. Ailə səni sevə-sevə sənin gözlərinlə dünyaya baxır. Mənim uşaqlığımın xatirələri onunla bağlıdır ki, evimizdə valideynlərim arasında böyük sevgi, səmimiyyət, uşaqların tərbiyəsində çox böyük birlik var idi. Atam həmişə deyirdi ki, mənim dayağım mənim xanımımdır”.

Seyidzadələr ailəsində məhz belə idi…

Bağır Seyidzadənin jurnalist, diplomat, nazir, tərcüməçi ömrü yaşadığı dövrün mühitinə sığmayan dəyərli işləri özündə ehtiva edir. Ümumiyyətlə, həm Seyidzadələr nəslinin, həm də o dövrün digər görkəmli insanlarının əsas məqsədi Vətəninə, xalqına və dövlətinə layiqincə xidmət etmək idi. Bu ali məqsədin işığı onlara mənəvi güc verir, yaşadıqları mürəkkəb zəmanədə çətinliklərə sinə gərməyə kömək edirdi. Bütün bunların nəticəsi idi ki, onlar öz zəngin iş və həyat təcrübəsi ilə dövrün ab-havasını yaratmışdılar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI