MƏDƏNİYYƏT


Tanınmış opera müğənnisi Mürsəl Bədirovun xatirə gecəsi keçirilib

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət Nazirliyi və “Mədəniyyət” televiziya kanalının dəstəyi ilə tanınmış opera müğənnisi, Azərbaycan SSR-in Xalq artisti Mürsəl Bədirovun xatirə gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestrinin ifasında vaxtilə Mürsəl Bədirovun iştirak etdiyi “Koroğlu”, “Leyli və Məcnun”, “Karmen”, “Yevgeni Onegin”, “Faust” və başqa operalardan parçalar səslənib.

Qeyd edək ki, tanınmış opera müğənnisinin adı Azərbaycan mədəniyyəti tarixinə qızıl hərflərlə yazılıb. O, 1951-1956-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Bu ali məktəbi bitirdikdən sonra elə həmin il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. Müğənni 1964-cü ildə Azərbaycan SSR-in Əməkdar artisti, 1979-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. O, 2003-cü il fevralın 26-da vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.