MƏDƏNİYYƏT


Tanınmış pianoçu Adilə Əliyevanın ustad dərsləri keçiriləcək

Bakı, 26 fevral, AZƏRTAC

Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə respublikanın aparıcı təhsil müəssisələrinin təcrübəli müəllimlərinin, tanınmış incəsənət xadimlərinin iştirakı ilə uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün mütəmadi olaraq ustad dərsləri təşkil edilir.

AZƏRTAC xəbər verir ki, bu işlərin davamı olaraq Mədəniyyət Nazirliyinin dəstəyi ilə Fransada yaşayan həmvətənimiz, Azərbaycanın Əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, tanınmış azərbaycanlı pianoçu Adilə Əliyevanın fevralın 27, 28 və 29-da Bakı və Sumqayıt şəhərlərində uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün ustad dərsləri keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.