MƏDƏNİYYƏT


Tanınmış pianoçu Çisato Kusunoki Bakıda ilk dəfə çıxış edib

Bakı, 19 noyabr, AZƏRTAC

Noyabrın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, SSRİ Xalq Artisti, professor Murad Kajlayevin təqdimatında “Steinway” firmasının daimi nümayəndəsi, Yaponiyanın tanınmış pianoçusu Çisato Kusunokinin konserti olub.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl çıxış edən görkəmli bəstəkar Murad Kajlayev yenidən doğma Bakıya gəlməyindən sevindiyini və həyəcanlandığını bildirib. Beş ildir ki, burada olmadığını deyən M.Kajlayev şəhərin sürətlə dəyişdiyini və daha da gözəlləşdiyini diqqətə çatdırıb. Bakıda onu sevən doğma insanların əhatəsində yenidən olmağından fərəh hissi duyduğunu ifadə edən görkəmli bəstəkar vurğulayıb ki, gənc, istedadlı pianoçu Çisato Kusunoki həqiqətən də möcüzədir.

Sonra söz musiqiyə verilib.

Konsertdə L.Betxoven, F.Şopen, Q.Qarayev, Murad Kajlayev və Fərhad Bədəlbəylinin əsərləri səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.