MƏDƏNİYYƏT


Tanınmış rəssam və rejissorun xatirə sərgisi

Bakı, 31 oktyabr, AZƏRTAC

Oktyabrın 31-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatı və “Qalereya-1969” sərgi salonunun birgə təşkilatçılığı ilə tanınmış rəssam və rejissor Nazim Məmmədovun anadan olmasının 80 illik yubileyinə həsr edilmiş “Mənim yolum” adlı xatirə sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, noyabrın 5-dək davam edəcək sərgidə rəssamın 30-a yaxın rəngkarlıq əsəri nümayiş olunur.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri İsmayıl Hüseynov çıxış edərək Nazim Məmmədovun mənalı ömür yolu və zəngin yaradıcılıq axtarışlarından söz açıb.

Bildirilib ki, Nazim Məmmədovun adı Azərbaycanın animasiya tarixində xüsusi yer tutur. Respublikamızda ilk cizgi filmlərinin müəllifi olan Nazim Məmmədov Azərbaycanda animasiyanın inkişafına əvəzsiz töhfələr verib. O, həm də rəngkarlıq, qrafika janrı ilə məşğul olub, uşaq kitablarına illüstrasiyalar çəkib.

Vurğulanıb ki, N.Məmmədovun Xocalı faciəsinə həsr edilmiş zəngin kolleksiyası Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. İndiyədək dünyanın bir sıra ölkələrində sərgiləri açılan rəssamın əsərləri hər zaman böyük maraqla qarşılanıb.

Tədbirdə sənətkarlın oğlu Dadaş Məmmədov və həyat yoldaşı Ofeliya Məmmədova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildiriblər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.