MƏDƏNİYYƏT


Tanınmış rusiyalı bloger Bakı haqqında yaddaqalan videoçarx hazırlayıb VİDEO

Bakı, 20 iyul, AZƏRTAC 

Tanınmış rusiyalı dizayner, naşir və videobloger Leonid Balanyov Azərbaycana səfərindən sonra hazırladığı və “YouTube”də öz kanalında yerləşdirdiyi 15 dəqiqəlik reportajda ölkəmizə səyahəti zamanı aldığı təəssüratları paylaşıb. L.Balanyov ölkəmizə Novruz bayramı günlərində azərbaycanlı abunəçilərinin dəvəti ilə gəlib.

AZƏRTAC xəbər verir ki, Rusiyalı bloger ailəsi ilə birlikdə ziyarət etdiyi Heydər Əliyev Mərkəzi, İçərişəhər, Azərbaycan Xalça Muzeyi, Dağüstü park və Abşeronun maraqlı yerlərindən hazırladığı reportajı abunəçilərinə təqdim edib.

Cəmi bir neçə gün ərzində tamaşaçılardan reportajla bağlı çoxlu müsbət rəylər alınıb, onların əksəriyyəti isə videoçarxa baxdıqdan sonra dərhal Azərbaycana səyahət etmək istədiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.