MƏDƏNİYYƏT


Tanınmış şairin “Söz yaşıllığı” kitabı Tehranda çap olunub

Bakı, 4 dekabr, AZƏRTAC

Tanınmış şair, Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri Barat Vüsalın “Söz yaşıllığı” kitabı Tehranda Mişov Mədəniyyət Dərnəyinin “Mişov dağı” toplusunun xüsusi buraxılışı kimi Azərbaycan dilində çap edilib.

AZƏRTAC xəbər verir ki, kitabda şairin Azərbaycana həsr etdiyi poeziya nümunələri yer alıb.

“Mişov dağı” jurnalının təsisçisi və baş redaktoru Aqşin Ağkəmərlinin “Ön söz” yazdığı kitabda Barat Vüsalın Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağabəyim ağanın xatirəsinə həsr etdiyi “Dan üzü” şeiri, görkəmli Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın xatirəsinə həsr edilmiş 50 beytdən ibarət qəsidə və 200-ə yaxın seçilmiş şeirləri toplanıb.

Şairin 60 illik yubileyi ilə bağlı çap olunan kitaba, həmçinin şairlə müsahibə də daxil edilib.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.