ELM VƏ TƏHSİL
Tanınmış şairin kitabı Tehranda çap olunub
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin əməkdaşı İbrahim Yusifoğlunun İranda şeirlər kitabı çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Tehranda nəşr edilən kitab “Payızda üşüyən çiçək” adlanır. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan müəllifin 28-ci kitabı “Xudafərin yayın” nəşriyyatında işıq üzü görüb.
Prezident təqaüdçüsü olan İbrahim Yusifoğlunun bu kitabında uşaq şeirləri toplanıb. Şeirləri ərəb qrafikasına Şima Aqayi uyğunlaşdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [16:21]
Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib
- 29.03.2024 [16:09]
BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub
- 29.03.2024 [16:00]