MƏDƏNİYYƏT


Tanınmış şairin yeni kitabı işıq üzü görüb

Bakı, 9 oktyabr, Zərəngiz Mansurova, AZƏRTAC

Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Firuzə Məmmədlinin külliyyatının “Seçilmiş əsərləri” seriyasından növbəti, IX cildi çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, şairin son illərdə yazdığı şeirlərlə yanaşı, sovet ədəbi senzurası tərəfindən, daha sonralar isə müxtəlif səbəblərdən nəşr olunmayan poetik nümunələri də nəşrə daxil edilib.

Kitabda insan, zaman, kainatla bağlı maraqlı fikirlər tərənnüm olunur. Şairin oxunaqlı dili, rəvan təbi və ədəbi poetik nəfəsi həmişə olduğu kimi yenə də oxucunu cəlb edir. Bundan əvvəlki cildlərdə olduğu kimi nəşrdə insan və mühit, zahir və batin, maddiyyat və mənəviyyat, poeziyanın estetik qatlarında fikrin yüksək bədii ifadə tərzi öz əksini tapır.

Kitabda müəllifin yeni şeirlərinin böyük bir qismi ilk dəfə çap olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.