MƏDƏNİYYƏT
Tanınmiş türk şairi Mehmet Nuri Parmaksızla görüş keçiriləcək
Bakı, 7 oktyabr, Z.Mansurova, AZƏRTAC
Oktyabrın 19-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail rayon MKS-nin 1 saylı filialında görüş keçiriləcək.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüş tanınmış türk şairi, Mehmet Nuri Parmaksıza həsr olunacaq. Tədbirdə Azərbaycandan və Türkiyədən olan yazıçı və şairlər iştirak edəcəklər.
Mehmet Nuri Parmaksız “İLESAM”ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Şairlərinin Məslək Birliyi) rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, dəfələrlə Azərbaycanda olub, oxucularla görüşlər keçirib. Əsərləri ölkəmizdə “Kitabevim.az” və “aybKitab.az” layihələri çərçivəsində nəşr olunub və təqdimatları keçirilib. Şairin ölkəmizdə çoxsaylı oxucuları var.