MƏDƏNİYYƏT


Tanınmış xoreoqrafın Opera və Balet Teatrında ustad dərsləri təşkil olunacaq

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tanınmış xoreoqraf soydaşımız, Rusiyanın Əməkdar incəsənət xadimi, Mariinski Teatrının Primorsk səhnəsinin (Vladivostok şəhəri) baş baletmeysteri Eldar Əliyevi Bakıya dəvət edib.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, xoreoqraf iyunun 8-dən 17-dək teatrda ustad dərsləri keçəcək. Sənətkar, eyni zamanda, gələcəkdə teatrın populyar klassik balet tamaşalarının quruluşunu həyata keçirmək məqsədilə balet truppası və solistlərlə tanış olacaq.

Qeyd edək ki, Eldar Əliyev Bakıda doğulub, Bakı Xoreoqrafiya Məktəbini, daha sonra Rusiya Balet Akademiyasını bitirib. 1979-1992-ci illərdə Sankt-Peterburq şəhərindəki Mariinski Teatrın balet truppasının solisti olub. Bir çox klassik balet tamaşalarında əsas partiyaları uğurla ifa edib, dünyanın 40-dan çox ölkəsində qastrol səfərlərində olub. Bir müddət ABŞ-da çalışıb. 2016-cı ildən Mariinski Teatrı Primorsk səhnəsinin baş baletmeysteridir. 2021-ci ildə Rusiyanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.