MƏDƏNİYYƏT
Tanınmış yazıçının yeni kitabı çapdan çıxıb
Bakı, 16 iyun, Zərəngiz Mansurova, AZƏRTAC
“Günəş” MMC-nin nəşriyyatında tanınmış yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədlinin 60 illik yubileyi münasibətilə “Salatın Əhmədli 60” kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, kitabda elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin yazıçı-publisistin yaradıcılığı haqqında söylədikləri və dövri mətbuatda dərc etdirdikləri yazılar, məruzələr dərc edilib.
Nəsrdə yazıçı-publisistin haqqında Xalq şairləri Nəriman Həsənzadə, Söhrab Tahir, akademiklər -Teymur Bünyadov, Budaq Budaqov, Nizami Cəfərov, Xalq Yazıçısı Çingiz Abdullayev və digər tanınmış ziyalıların müxtəlif zamanlarda söylədikləri fikirləri çap olunub, kitabda həm də ömrün ayrı-ayrı məqamlarını əks etdirən fotoları yer alıb.
Kitabın “Ön söz”ündə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi yazır: “Mənim aləmimdə Salatın Əhmədlinin ən böyük nailiyyəti ondan ibarətdir ki, o, yazdıqlarında olduğu kimidir”.
Kitabı şəhərin kitab mağazalarından almaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]