CƏMİYYƏT


Tanışını bıçaqlayaraq qətlə yetirən şəxslə bağlı cinayət işi başlanıb

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 20-si saat 18 radələrində Binəqədi rayonu ərazisində 1985-ci il təvəllüdlü Ramil Oruclunun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Binəqədi Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1988-ci il təvəllüdlü Zeynal Zeynalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ramil Orucluya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Zeynal Zeynalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.