CƏMİYYƏT
Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Xəbər verildiyi kimi, 2021-ci il iyunun 22-də 1981-ci il təvəllüdlü Ruslan Əsədovun Kürdəmir rayonu ərazisində öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Kürdəmir Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, istintaqla müəyyənləşdirilib ki, zərərçəkmişin tanışı əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Ramazan Qurbanov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ruslan Əsədova bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürüb.
İş üzrə toplanmış sübutlar əsasında Ramazan Qurbanova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.