CƏMİYYƏT


Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Bakı, 27 yanvar, AZƏRTAC

Qəbələ rayonunun Tikanlı kənd sakini 1987-ci il təvəllüdlü Sənur Ağahüseynovun ötən il oktyabrın 9-da yaşadığı kəndin yaxınlığında qəsdən öldürülməsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Qəbələ Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla zərərçəkmişin tanışı, Qəbələ rayonunun Uludaş kənd sakini 2003-cü il təvəllüdlü Kənan Mustafayevin əvvəllər şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar qisas almaq məqsədilə Sənur Ağahüseynovla görüşərək özü ilə gətirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Kənan Mustafayevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.