SİYASƏT


Tankçılarımız “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirir

Bakı, 11 avqust, AZƏRTAC

Rusiya Federasiyasının Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində “Tank biatlonu” müsabiqəsində iştirak edəcək tankçılarımız hazırlıqlarını davam etdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hərbi qulluqçularımız beynəlxalq müsabiqəyə qatılacaqları tankların texniki vəziyyətini yoxlayıb, döyüş maşınlarının ştat silahlarından yoxlama atışları icra ediblər.

Komandamızın heyəti ilə görüşən general-mayor İlqar Lətifov onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından uğurlar və yarışlarda ölkəmizi layiqincə təmsil etməyi arzulayıb.

Qeyd edək ki, “Tank biatlonu” müsabiqəsində Monqolustan komandası ilə mübarizə aparacaq tankçılarımız ilk yarışa avqustun 13-də başlayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.