DÜNYA


Tanzaniyada 30 uşaq atası olan mədənçi bir gecədə milyonçu olub

Qahirə, 25 iyun, AZƏRTAC

Tanzaniyada 30 uşaq atası olan mədənçi dünyanın ən nadir tanzanit qiymətli daşını tapıb və onu 3 milyon 400 min dollara satıb.

AZƏRTAC xəbər verir ki, “Dar əs Salam Reports” nəşri bu ölkənin Prezidenti Con Maqufulinin də Saniniu Layzer adlı mədənçini nadir tapıntı münasibətilə təbrik etdiyini bildirib. 52 yaşlı mədənçi inəyini kəsərək 30 uşağı və dörd arvadı ilə birlikdə ziyafət təşkil edib. O bildirib ki, əldə etdiyi pula mağaza və məktəb tikəcək.

Ornamentlərdə istifadə olunan tanzanit daşına təkcə Tanzaniyada rast gəlinir. Geoloqların qənaətinə görə, 20 ildən sonra bu qiymətli mineral tamamilə tükənəcək. Yaşıl, qırmızı, çəhrayı və mavi rənglərə çalan tanzanit bahalı zərgərlik məhsullarının hazırlanmasında da istifadə olunur. Tanzaniya Prezidenti bu qiymətli daşın olduğu ərazinin ətrafında 24 kilometr uzunluğunda hasar çəkməyi tapşırıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.