DÜNYA


Tanzaniyada benzindaşıyan avtomobilin partlaması nəticəsində 60 nəfər ölüb

Bakı, 10 avqust, AZƏRTAC

Tanzaniyanın Moroqoro şəhərində benzindaşıyan avtomobilin partlaması nəticəsində 60 nəfər ölüb. AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, yaralanmış daha 70 nəfər xəstəxanaya çatdırılıb. Onların bir neçəsinin vəziyyəti ağırdır.

Yerli The Citizen qəzetinin xəbərinə görə, ölənlərin və yaralıların əksəriyyəti yerli sakinlərdir. Onlar benzindaşıyan avtomobildən yanacaq çəkmək üçün gələnlər və küçədə ərzaq satan insanlardır. Hadisə şahidləri bildiriblər ki, partlayışın səbəbi yaxınlıqda olan bir nəfərin siqaretini yandırmasıdır. Hazırda yanğınsöndürənlər və əsgərlər insidentin nəticələrini aradan qaldırırlar.

Moroqoro şəhəri Tanzaniyanın inzibati mərkəzi Dar əs-Salamdan 200 kilometr qərbdə yerləşir və ölkənin on ən iri yaşayış məntəqələrindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.