DÜNYA


Tanzaniyada bərə faciəsi: hakimiyyət orqanları 126 nəfərin öldüyünü bildirir

Bakı, 21 sentyabr, AZƏRTAC

Tanzaniyada sərnişin bərəsinin Viktoriya gölündə batması nəticəsində azı 126 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, CNN bu barədə Tanzaniyanın nəqliyyat naziri İsaak Kamvelveyə istinadla məlumat yayıb. Məlumatda qeyd olunur ki, təcili xidmətlərin əməkdaşları axtarış-xilasetmə işlərini davam etdirirlər.

Qəza zamanı bərənin göyərtəsində olan sərnişinlərin dəqiq sayını indiyədək müəyyənləşdirmək mümkün olmayıb. Şahidlərin sözlərinə görə, faciə qurbanlarının sayı 200-ü ötə bilər. Belə bərələr adətən yüzlərlə insan daşıyır və çox vaxt həddən artıq yüklənir.

Xilasetmə əməliyyatlarının iki günü ərzində batmış gəmidən 37 nəfər xilas edilib. Yerli hakimiyyət orqanları ölənlər arasında xarici ölkə vətəndaşlarının olmadığını bildirirlər.

Xatırladaq ki, bərə sentyabrın 20-də Yukora adasından 50 metr məsafədə qəzaya uğrayaraq batıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.