DÜNYA


Tanzaniyada bloggerlərdən vergi tutulur

Bakı, 5 iyul, AZƏRTAC 

Onlayn biznesin, eləcə də sosial şəbəkələrin vergiyə cəlb edilməsi ilə bağlı dünyada münasibətlər hələ tam formalaşmayıb və bu sahədə axtarışlar davam edir.

AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, atılan bəzi addımlar təəccüb doğurur. Belə ki, Tanzaniyada öz onlayn bloqunu yaratmaq istəyənlər büdcəyə 900 dollar məbləğində lisenziya yığımı ödəməlidirlər.

Yeni qüvvəyə minmiş qanuna əsasən, bloq yaratmaq məqsədilə ərizə vermək üçün 44, ilkin lisenziya üçün 442, illik yığım kimi isə 442 ABŞ dolları məbləğində vəsait ödənilməlidir.

Adambaşına düşən gəlirin 900 dollar olduğu, əhalisinin hər beş nəfərindən birinin yoxsulluq həddində yaşadığı bir ölkə üçün bu, təbii ki, böyük məbləğdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.