REGİONLAR


Taqım, bölük, batareya komandirləri və müavinləri ilə toplantılar keçirilib VİDEO

Naxçıvan, 29 iyul, AZƏRTAC

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən taqım, bölük, batareya komandirləri və müavinləri ilə toplantılar keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yeni tədris dövrünə hazırlıq planına uyğun olaraq keçirilən toplantılarda əsas diqqət zabitlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və komandir keyfiyyətlərinin təkmilləşdirilməsinə yönəldilib.

Zabitlər müxtəlif ixtisaslar, o cümlədən taktiki-xüsusi və rabitə hazırlığı üzrə keçirilən praktiki məşğələlərdə iştirak ediblər.

Qarnizonun Təlim-Tədris Mərkəzində zabitlərə hərbi topoqrafiyadan, hüquq və mənəvi-psixoloji hazırlıqdan nəzəri dərslər keçirilib.

Sonda zabitlərin keçirilən dərslər üzrə nəzəri bilikləri və fiziki hazırlıq səviyyələri yoxlanılıb.

Toplantıların yekununda qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanaraq hər bir zabitə fərdi tapşırıqlar və yeni tədris dövrünə hazırlıq üzrə göstərişlər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.