Tarık Çerkaui: İslamofobiyanın olması artıq faktdır
AzerTAg.az

Bakı, 16 mart, AZƏRTAC
Son 30-40 il ərzində islamofobiya sahəsində çox sayda tədqiqatlar aparılıb. Amma bu aparılan tədqiqatlar faydalı olsa da, məhdud idi. İslamofobiya indi daha geniş vüsət alıb. Artıq biz tam fərqli səviyyəyə çıxmalıyıq. İslamofobiyanın olması artıq faktdır. Tədqiqatlarda biz məhz medianın bunu necə qələmə verdiyinə baxmalıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri "TRT World” Araşdırma Mərkəzinin direktoru Tarık Çerkaui "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən "İslamofobiya və mediada nifrət çağırışları” adlı aralıq sessiyada çıxışı zaman deyib.
O bildirib ki, mövcud olan çərçivələr dərin kök salmış inanclar üzərindən qurulub. İnanc və miflər istənilən cəmiyyətdə formalaşıb. Zaman keçdikcə əsas çərçivə müəyyən prinsiplərə bağlı olur. Bunlar insanların şüurunda dərin kök salır.
"Azərbaycanda və digər ölkələrdə islamofobiya ilə mübarizə istiqamətində tədbirlər keçirilir. Amma, eyni zamanda, bununla bağlı media sahəsindəki insanlara təlimlər keçirilməldir", - deyə Tarık Çerkaui qeyd edib.
Xəbərin mətnində orfoqrafik səhv var