ELM VƏ TƏHSİL


Tarix İnstitutu vakansiya elan edir

Tarix İnstitutu vakansiya elan edir

Bakı, 19 may, AZƏRTAC

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu tarixin nəzəriyyəsi, Azərbaycanın qədim dövr tarixi, Albaniya və Atropatena dövlətləri, VII-IX, IX-XI və XIII-XIV əsrlər tarixinin öyrənilməsi üzrə kadr potensialını gücləndirmək məqsədilə bu dövrlər üzrə elmi araşdırmalara marağı olan bakalavr və magistrləri işə dəvət edir.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, müraciət edənlər çalışmaq istədikləri problem və ya dövrün tarixi qaynaqları, həmçinin xarici tarixşünaslıq üzərində işləmək üçün dil hazırlığına (ərəb, fars, ingilis və rus dillərindən biri ola bilər) malik olmalıdır. İmkan daxilində dünyanın müvafiq elmi mərkəzlərində mixi yazıların, qədim fars (pəhləvi) və qədim erməni (qrabar) dillərinin öyrənilməsinin təşkili də nəzərdə tutulur.

İşə qəbul institutun mütəxəssislərindən təşkil ediləcək müsahibə komissiyası vasitəsilə həyata keçiriləcək.

Müraciətlər iyunun 20-dək qəbul ediləcək.

Ətraflı məlumatı institutun saytından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.