ELM VƏ TƏHSİL


Tarix İnstitutunda “Azərbaycan iqtisadiyyatı 100 ildə” monoqrafiyası təqdim olunub

Bakı, 8 fevral, AZƏRTAC

AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunda akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə" çoxcildliyinin təqdimatı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, ilk olaraq Türkiyədəki zəlzələ qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Tarix İnstitutunun baş direktoru tarix elmləri doktoru professor Kərim Şükürov “Azərbaycan iqtisadiyyatı 100 ildə" beşcildliyini Azərbaycan iqtisad elmi üçün böyük töhfə kimi dəyərləndirib.

Tədbirdə çıxış edən akademik Ziyad Səmədzadə bildirib ki, çoxcildliyin ərsəyə gəlməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin 1997-ci il yanvarın 17-də AMEA-nın həqiqi və müxbir üzvləri ilə görüşündə XX əsrdə və müstəqillik illərində Azərbaycanın inkişaf tarixinin yazılması ilə bağlı səsləndiyi fikirlər, təklif və tövsiyələr olub. Çoxcildliyin strukturu, məqsəd və vəzifələri müəyyən edilərkən Ulu Öndər Heydər Əliyevin XX əsrin başa çatması ilə əlaqədar Azərbaycan xalqına tarixi müraciəti baza kimi götürülüb.

Daha sonra alimlər İlqar Niftəliyev, Cəbi Bəhramov, Əsədulla Cəfərov, Hacı Həsənov, Mais Əmrahov, Müşfiq Atakişiyev, Məhiş Əhmədov çıxışlarında akademik Ziyad Səmədzadəni müasir Azərbaycan iqtisadiyyatının konseptual məsələlərinin araşdırıcılarından biri kimi xarakterizə edərək, alimin son əsərini də dövlətçiliyimizin iqtisadi əsaslarının möhkəmlənməsi işinə böyük töhfəsi kimi dəyərləndiriblər. Qeyd olunub ki, monoqrafiyada Azərbaycan iqtisadiyyatının 1918-ci ildən başlayaraq tarixi, əsas problemləri araşdırılır və təhlil edilir. Çoxcildlikdə respublika iqtisadiyyatının keçən əsrin 70-ci illərində yeni inkişaf mərhələsinə keçirilməsini şərtləndirən amillər, müstəqil Azərbaycanın iqtisadi təhlükəsizliyi, iqtisadiyyatının strukturunun şaxələndirilməsi, tarazlı inkişafı, ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafla demoqrafik inkişaf arasında qarşılıqlı əlaqə və asılılığın təmin edilməsi kimi taleyüklü əhəmiyyət kəsb edilən məsələlərə müəllifin baxışları, tövsiyələri ən vacib metodolojı baza kimi müəyyənləşdirilib. Hər bir cildin strukturu xronolojı-problem əsasında qurulub. Monoqrafiya zəngin arxiv sənədlərı, mətbuat materialları, statistik məlumatlar əsasında yazılıb. I-IV cildlər son 100 ildə Azərbaycan iqtisadiyyatına, sonuncu V cild həmin dövr ərzində Qarabağın iqtisadiyyatına həsr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.