Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Tarix İnstitutunun alimi Arsak toponimi ilə bağlı real faktları açıqlayıb

Bakı, 23 sentyabr, AZƏRTAC 

Azərbaycan türklərinin əzəli yurd yeri olan Qarabağ bölgəsi Cənubi Qafqazda ən qədim insan məskənlərinin yerləşdiyi coğrafiyaya daxildir. Qarabağın Tunc dövrünə aid Xocalı, Xankəndi, Borsunlu, Sarıçoban, Xaçınçay, Üçtəpə kurqanlarından yerli türk boylarına aid xeyli sayda maddi-mədəniyyət nümunələri – qədim türk boylarına aid dolixokran kəllə sümükləri, yaylaq-qışlaq həyat tərzi ilə əlaqədar olaraq taxıl və süd məhsullarının saxlanıldığı saxsı qablar, həmçinin dini dünyagörüşü əks etdirən müxtəlif artefaktlar aşkar edilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Tarix İnstitutunun Azərbaycanın qədim tarixi şöbəsinin elmi işçisi Ramin Əlizadə deyib.

O bildirib ki, Göyçə gölünün cənub-şərq sahilində Aşağı Zağalı kəndi yaxınlığında aşkar edilmiş Urartu mixi yazılı kitabəsində Qarabağın dağlıq hissəsinin adı qədim türkcədə “Yurd” sözünün qarşılığı olaraq “Urte” kimi çəkilir. Erməni tarixçiləri Q.A.Kapansyan və N.V.Arutyunyan əsassız olaraq Arsak toponiminin “Urtexi” adından yarandığını iddia etmişlər. Tanınmış arxeoloq B.B.Piotrovski Urartunun şimal-şərqə doğru genişlənmə siyasətinin Qarabağ yaylaqlarında yaşayan tayfaların ciddi müqaviməti üzündən baş tutmadığını qeyd edib. Əslində Arsak adı Sak etnonimindən yaranıb, doğru tələffüzü Ərsak olmuş, mənası isə “Sak əri, ərəni” deməkdir.

Azərbaycanın qədim türk boylarının adı Urartu mənbələrində İşqigulu, Aşşur mənbələrində Aşquz və ya İşquz, qədim yəhudi dini mətnlərində Aşkenaz, irandilli mənbələrdə Sak, yunan və latın mənbələrində isə İskit (Skutai) Skolati kimi çəkilir. Qafqaz regionunda, eləcə də Xəzər dənizi hövzələrində yaşayan Sak boylarının antik mənbələrdə rast gəlinən Skolati adı əslində qədim türkcədə “Sak Elatı” sözündən qaynaqlanır.

Orta əsrlər dövründə Alban apostol kilsəsinin mərkəzi olan Gəncəsər məbədinin kitabəsində Alban-Xaçın knyazı Həsən Cəlal “Uca və böyük Ərsak ölkəsinin hökmdarı, Alban vilayətinin çarı Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu” kimi yad edilir. Bu kitabə onun əcdadlarının qədim türk boyuna mənsub olan Ərsak soyundan olmasını bir daha təsdiq edir. Təsadüfi deyil ki, XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan alban xristian məlikləri də I Pyotra və II Yekaterinaya yazdıqları məktublarında özlərinin erməni deyil, alban olduqlarını təsdiq etmişlər. Akademik Yaqub Mahmudov araşdırmalarında qeyd edir ki, bu məktublar erməni alimləri tərəfindən saxtalaşdırılaraq, “alban türkləri” - “müsəlman albanlar”, “Arşaki nəsli” isə “erməni rəisləri nəsli” ifadələri ilə əvəz edilib. Qeyd edək ki, Arsak adı bir çox mənbələrdə Arşaki kimi də xatırlanır. Sak etnonimi Cənubi Qafqaz regionunda, o cümlədən Azərbaycan ərazisində əsasən yaylaq-qışlaq maldarlığı, dəmyə əkinçiliyi və atçılıqla məşğul olan türk boylarına verilmiş ümumi addır. Qədim yazılı mənbələrdə bəhs olunan Sakasena, Balasakan (Sak düzü), Maskut (Massaget) toponimlərinin, hazırda isə Şəki şəhərinin, Zaqatala rayonunun, Zəngəzurda Sisakan (Sisian) rayonu və Şəki kəndinin adları məhz Sak türklərinin adı ilə bağlı olaraq meydana gəlib. Loru-Pəmbək ərazisində Gözəldərə kəndinin türksoylu boylarından biri Ərsaklılar adı ilə tanınırdı.

Tarixçi alim diqqətə çatdırıb ki, eradan əvvəl I minilliyin birinci yarısında Qarabağ ərazisi İskit-Sak (İç Oğuz) dövlətinin tərkibində olub. Qədim dövr üzrə tanınmış tarixçi alim İ.M.Dyakonov Midiya imperiyasının şimal sərhədinin Araz çayının şimalında “keçmiş İskit dövlətinin ərazisi”ndən keçdiyini göstərir. Şimali Azərbaycan torpaqlarında (Göyçə, Qarabağ, Borçalı, Şəki, Mingəçevir, Gəncə-Qazax) İskit-Sak boylarına aid xeyli sayda maddi-mədəniyyət nümunələrinin aşkar edilməsi regionda onların hərbi-siyasi cəhətdən nüfuzunun güclü olduğunu sübut edir. Antik mənbələrdə Kür və Araz çayları arasındakı ərazi Sakasena adı ilə tanınırdı. Eradan əvvəl I əsrin sonu – bizim eranın I əsrinin əvvəllərində qədim yunan coğrafiyaşünası Strabon Sakasenanın Sak boyunun adı ilə əlaqədar olaraq meydana gəldiyini qeyd edir. I əsrdə yaşamış qədim Roma tarixçisi Böyük Plini “Təbiət tarixi” əsərində Sakasenanın Kürdən cənubda geniş coğrafiyanı əhatə etdiyini qeyd edir. Qədim yunan tarixçisi Arrian isə I-II əsrlərdə Sak ölkəsinin Azərbaycanın Kür və Araz çayları arasındakı geniş ərazisini əhatə etdiyini göstərir. İ.M.Dyakonova görə, Sakasena toponimi “Sakların yaşayış məskəni” (İran dillərində “Saka-sayana”) mənasında rəsmi olaraq Midiya dönəmindən başlayaraq İskit dövlətinin mərkəzi arealına verilən ad olub. III əsrin ikinci yarısına aid Sasani pəhləvi mətnlərində Cənubi Qafqazda Alban, Adurbadaqan (Atropatena), İberiya kimi dövlətlərlə yanaşı, Sakan və Balasakan ölkələrindən də bəhs edilir.

Antik mənbələrdə Qarabağın dağlıq hissəsi Orxistena adı ilə tanınırdı. Orxistena adının Şərqi Anadoluda yaşayan Hurri boylarının dilində “urxi” (“sadiq insan” mənasında) sözündən yarandığını güman etmək olar. Hurri boylarının türksoylu Saklarla qonşuluqda yaşadığını nəzərə alsaq, Orxistena toponiminin Sak ölkəsinin daxilində türk boylarının oymaqlarından birinə kənardan verilən yer adı olması aydın olar. Alban tarixçisi Musa Kalankatlı eramızın I əsrində Alban dövlətinin ərazisinin cənubda Araz çayından şimalda Borçalı ərazisindəki Hunan qalasınadək uzanan geniş dağlıq və düzən torpaqları əhatə etdiyini yazır. Onun verdiyi məlumata əsasən, Alban dövlətini Sisakan (Sak) soyundan olan Aran (Ərən) və onun varisləri idarə edib. Eradan əvvəl II əsr – bizim eranın I əsrində Azərbaycanın cənubunda Atropatena dövlətində Ərsak (Parfiya) hökmdarlarının “A” monoqramı ilə gümüş pulları zərb edilmiş və regionda “Ərsak pulları” adı ilə tanınmışdır. Parfiya dövlətinin banisi I Arsak parfiyalıların özləri tərəfindən Arşak, farslar tərəfindən Arşaka, romalılar tərəfindən Arsaces, yunanlar tərəfindən isə Arsakes adı ilə tanınıb. I Arsakın (Arşak) əsasını qoyduğu Arşaki sülaləsinin eramızın ilk əsrlərində Şərqi Anadoluda və Cənubi Qafqazda bir neçə qolu hakimiyyətdə olmuşdur. Bu sülalənin qollarından biri olan Alban Arşaki sülaləsi Şimali Azərbaycanda hakimiyyətdə olub. Qarabağ ərazisində ilk Alban xristian məbədi də məhz bu sülalənin hakimiyyəti dövründə inşa edilib.

IV-V əsrlərdə Azərbaycan türk boyları Sasani fars imperiyasının zərdüştlüyü zorla yaymaq siyasətinə qarşı mübarizə aparırdılar. V əsr müəllifi Yegişe Ərən adlı hun sərkərdəsinin Balasakanı özünə iqamətgah edən Sak hökmdarı ilə saziş bağlayaraq Sasani ordusuna qalib gəldiyini, hətta qarətçi basqınlar edən erməni nahararlarını Şərqi Anadoluya qədər qovmasından bəhs edir. Alban tarixçisi Gəncəli Kirakos “Tarix” adlı əsərində türk boylarının qədim zamanlarda olduğu kimi XI-XIII əsrlərdə də, İskit adı ilə tanındığını qeyd edib. Bizans imperiyasında IV-XV əsrlərdə yazılmış yüzlərlə tarixi əsərlərdə və dövlət sənədlərində türklər Hun, Oğuz, Qıpçaq, Səlcuq, Osmanlı adları ilə yanaşı, həm də İskit və ya Sak adlandırılıb.

“XVIII əsrin əvvəllərindən başlayaraq Avropada anti-türk təbliğatının genişlənməsinə xidmət edən və katolikliyi qəbul etmiş erməni mxitarist cərəyanının üzvləri qrabarca yazılmış mənbələri təhrif edərək Venesiyada nəşr etməyə başladılar. Həmin dövrdən başlayaraq M.Horenli, L.Parplı, Yegişe, Koryun və digər müəlliflərin əsərləri mxitaristlər tərəfindən təhrif edilərək “Hayos patmutyun” (“Hay tarixi”) adı ilə nəşr olundu və Avropa dövlətlərində “Armeniya tarixi” adı ilə təbliğ edilməyə başlanıldı. Ciddi saxtakarlıqlara məruz qalmış bu cür nəşrlərdə Oğuz, Qıpçaq və Alban türk boylarının gerçək tarixi ört-basdır edildi. Qeyd edək ki, Arsak (Ərsak) bölgəsinin adı da, bu cür nəşrlər vasitəsilə ermənicə təhrif edilmiş “Artsax” formasında sonradan elmi dövriyyəyə daxil edildi”, - deyə Ramin Əlizadə vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarını tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib