ELM VƏ TƏHSİL


Tarix Muzeyi: Arxeologiya elmi fondunda 50 mindən çox maddi mədəniyyət nümunəsi qorunur

Bakı, 24 yanvar, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fondunda 50 mindən çox maddi mədəniyyət nümunəsi qorunur.

Bu barədə AZƏRTAC-a muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri dosent Nasir Quluzadə məlumat verib.

N.Quluzadə qeyd edib ki, fondun əsas fəaliyyət istiqamətlərini Azərbaycan tarixinin, arxeoloji və mədəni irsinin öyrənilməsi, bu irsə aid maddi mədəniyyət nümunələrinin mövcud tələblər çərçivəsində qorunması təşkil edir.

Muzeydə qorunan maddi mədəniyyət nümunələrinin çox hissəsi Mingəçevir, Naxçıvan, Qarabağ, Qazax, Beyləqan, Abşeron, Gəncə və digər bölgələrdə aparılmış arxeoloji qazıntılar zamanı tapılıb. Müxtəlif əsrlərə aid olan arxeoloji materialların müəyyən hissəsi əcdadlarımızın dini-fəlsəfi dünyagörüşlərini, mədəni-ticarət əlaqələrini və s. əks etdirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.