ELM VƏ TƏHSİL


Tarix Muzeyi: “Qarabağda və Zəngəzurda ilk erməni-azərbaycanlı münaqişəsi (1905-1906-cı illər)” monoqrafiyası çapa hazırlanıb

Bakı, 16 iyun, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun “Qarabağda və Zəngəzurda ilk erməni-azərbaycanlı münaqişəsi (1905-1906-cı illər)” monoqrafiyası çapa hazırlanıb.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə arxivlərində qorunan sənədlər, dövri mətbuat materialları əsasında yazılan monoqrafiyada Qarabağda və Zəngəzurda ilk erməni-azərbaycanlı münaqişəsinin necə baş verdiyi, iki xalq arasında ədavətin necə qızışdırıldığı haqqında ətraflı məlumat verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.