Tarix Muzeyi “Vətən müharibəsi” sərgisi üçün müharibə iştirakçılarına məxsus xatirə əşyalarını qəbul edir
AzerTAg.az

Bakı, 13 yanvar, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan torpaqları uğrunda canından keçən, şəhidlik zirvəsinə ucalan Vətən övladlarına məxsus materialların qorunub nümayiş etdirilməsində, təbliğində və qorunub gələcək nəsillərə ötürülməsində mühüm missiyanı həyata keçirir. Belə ki, muzey "Vətən müharibəsi" adlı sərgi və daimi ekspozisiyası üçün I və II Qarabağ müharibəsində şəhid olan zabit və əsgərlərimizə, o cümlədən müharibə iştirakçılarına məxsus döyüşdən qalan xatirə əşyalarının qəbulunu elan edib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, sərgi və daimi ekspozisiya üçün şəhidlərin yaxınları tərəfindən muzeyə həvalə ediləcək əşyalar sənədləşdirmə yolu ilə qəbul olunacaq.
Xəbərin mətnində orfoqrafik səhv var